Siyasi partiyaların MSK-ya illik maliyyə hesabatı vermə müddəti başa çatır

DAXİLİ SİYASƏT 29 mar 2021, 10:27
Bu həftə – aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Demokrat.az xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və “Milli Vəhdət” Partiyasıdır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top