BDU-nun daha bir dosenti vəfat etdi

HADİSƏ 28 mar 2021, 18:14
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat yayıb. 

83 yaşında dünyasını dəyişən P.Əfəndiyev 1958-1963-cü illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 1967-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top