Təyyarə qəzasında nazir müavini və anası öldü

DÜNYA 28 mar 2021, 14:06
Meksikanın Sonora əyalətində içərisində 7 nəfər olan iki mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.

Modern.az
bildirir ki, bu barədə yerli “Jornada” qəzeti xəbər verib.

Hadisə dünən axşam baş verib. Yeddi nəfərin olduğu təyyarə Hermosillo şəhərindən Amerikanın Arizona ştatının Tukson şəhərinə uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra düşüb.

Baş prokurorluğun yaydığı məlumata görə, hadisə zamanı Sonoranın iqtisadi inkişaf nazirinin müavini və onun anası ölüb. Təyyarədəki bir nəfər qəzadan sağ çıxıb, hazırda tibbi yardım alır.

Prokurorluq hadisənin səbəblərini öyrənmək üçün istintaq aparır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top