Rəsul Quliyev: “Zəngəzur, bütün Ermənistan bizimdir” kimi boş danışıqları dayandırmaq lazımdır

DAXİLİ SİYASƏT 27 mar 2021, 11:06
“Ermənilərə başqa hansı güc yolu tətbiq etməkdən söhbət gedir, izah edə bilərsiniz. İndi Azərbaycanda “Zəngəzur bizimdir, ümumiyyətlə, bütün Ermənistan bizimdir” kimi boş danışıqları dayandırmaq lazımdır”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

“Mənim atam və anam Zəngəzurun Sisiyan kəndindən olublar. Quldur Andronik onları qaçmağa məcbur edib. Bu təqribən 100 il bundan öncə baş verib. Ancaq 1918-ci ilin mayında Ermənistan dövləti yaranıb və bu ölkəni Azərbaycan qəbul edib. 1991-ci ildə Sovet dağılandan sonra yaranmış müstəqil ölkələrin ərazisini dünya qəbul edib. Ona görə də Azərbaycanı heç bir ölkə aqressor saymır və saya da bilməz. Ancaq həmin siz dediyiniz Zəngəzura hücum etsə, aqressor sayılacaq. Prosseslər ermənilərin xeyrinə həll olunacaq. Ona görə də “siyasət daima Ermənistana təzyiq göstərmək siyasəti olmalıdır” demək siyasət deyil, siyasi demoqogiyadır” - R.Quliyev qeyd edib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top