Tarixçi: “O dövrdə Azərbaycan dövləti güclü olsaydı, bu soyqırıma məruz qalmazdı”

DAXİLİ SİYASƏT 27 mar 2021, 12:37
“Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların məqsədi Bakı və Abşeronu türklərdən təmizləmək olub”.

Demokrat.az-ın məlumatına görə, bunu millət vəkili, tarixçi Musa Qasımlı 1918-ci il 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, ermənilərin törətdikləri kütləvi qırğınlar 1917-ci ilin payızından Cənubu Qafqazda başlayıb:

“1918-ci ildə isə ermənilər Cənubi Azərbaycan ərazisində qırğınlar törədib. Onlar Bakı neftini əldə saxlamaq istəyirdilər. Məqsədləri isə Bakıya nəzarəti ələ keçirməklə Orta Asiyaya təsir etmək idi. Təbii ki, onlar məqsədlərinə çata bilmədilər. Azərbaycan özünün müstəqilliyini elan etdi və erməni daşnaklarının niyyəti baş tutmadı. O dövrün ingilis və Amerika sənədlərində göstərilib ki, həmin soyqırımda Bakı əhalisinin dördə biri öldürülüb. O zaman Bakıda 280-300 min əhali var idi. Onun 80-100 min nəfəri azərbaycanlı, müsəlman idi. Onların 20-25 min nəfəri öldürüldü. O dövrdə Azərbaycan dövləti güclü olsaydı, bu soyqırıma məruz qalmazdı”.

Musa Qasımlı qeyd edib ki, Azərbaycan güclü dövlətin, güclü ordunun sayəsində işğal altında olan ərazilərini düşmən tapdağından azad etdi: “Bu gün Şuşa azaddır, Qarabağ azaddır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top