Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə gəzir?

SİYASƏT 08 mar 2021, 18:46
Rusiya ordusunun hərbçiləri Ermənistanın Azərbaycan sərhəd ərazilərinə gəlib.

Demokrat.az
Modern.az-a istinadən xəbər verir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Qazaxla sərhəddə yerləşən İcevan şəhərində görüntüləniblər. Onların yerli bazarda və İcevandakı Ermənistan ordusunun alayına baş çəkdikləri xəbər verilir.

Yerli media rusiyalı hərbçilərin ərazidə Azərbaycanla demarkasiya işlərinə cəlb oluna biləcəyini yaxud ərazidə Rusiyanın daimi əsasda yeni hərbi hissəsinin yaradılması üçün fəaliyyət apardıqlarını yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top