Şəkidəki yanğın söndürüldü

HADİSƏ 07 mar 2021, 21:22
Şəki rayonunda baş vermiş yanğın söndürülüb.

Alov 10 hektar ərazini əhatə edib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib və yanğın söndürülüb.(Report)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top