Qadağan olunmuş zərbəyə görə çempionluq titulu əlindən alındı — VİDEO

İDMAN 07 mar 2021, 17:04
Rusiyalı MMA döyüşçüsü Pyotr Yan yüngül çəki dərəcəsində UFC çemopionluğu titulundan məhrum edilib.

Buna səbəb idmançının amerikalı Alcameyn Sterlinqlə döyüşdə rəqibinə qarşı qadağan edilmiş zərbədən istifadə etməsi olub.

ABŞ-ın Las-Veqas şəhərində UFC 259 turniri çərçivəsində baş tutmuş döyüşün 4-cü raundunda rusiyalı döyüşçü dizi ilə rəqibin başına qadağan edilmiş zərbə vurduğu üçün diskvalifikasiya edilib və qələbə Sterlinqə verilib.

Qeyd edək ki, 2018-ci ildən peşəkar döyüşlərdə iştirak edən Pyotr Yan ötən ilin iyulunda çempionluq kəmərinə sahib olmuşdu. O, ümumilikdə 16 döyüş keçirib və bunların 14-də qələbə qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top