Gürcü immunoloq: "Azərbaycanda tətbiq olunan vaksin çox ümidvericidir"

SOSİAL 06 mar 2021, 10:01
"Azərbaycan və Türkiyədə tətbiq olunan Çinin "SinoVac" vaksini çox ümidverici görünür".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu immunoloq-allerqoloq Bidzina Kulumbeqov Birinci kanalın "Günün mövzusu" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Çin vaksini də tədarük etməlidir: "Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm" və "CanSino" preparatları hazırlanır. Çin bazarı əlçatanlıq baxımından ciddi bazardır, çünki orada böyük epidemiya yoxdur".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top