YapiKredi Müraciət Forması
Sənaye və energetika

Dünyada qazma qurğularının sayı artıb

Dünyada qazma qurğularının sayı artıb

Fevral ayında dünyada neft və qazın qazma qurğularının sayı 87 ədəd, yaxud 1,23 faiz artaraq 1 270 ədəd təşkil edib.

“Report” “Prime”yə istinadən xəbər verir ki, ABŞ-ın “Baker Hughes” araşdırma mərkəzinin verdiyi məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən bu cür qurğuların sayı 855 ədəd, yəni 1,7 dəfə azalıb.

O cümlədən ABŞ-da ay ərzində həmin qurğuların sayı 29 ədəd artaraq 398 ədədə, Kanadada 34 ədəd artaraq 171 ədədə, Avropada 4 ədəd artaraq 98 ədədə, Yaxın və Orta Şərq regionunda 9 ədəd artaraq 260 ədədə, Afrikada 6 ədəd artaraq 57 ədədə, Latın Amerikasında 6 ədəd artaraq 125 ədədə çatıb.

Eyni zamanda Asiya-Pasifik regionunda qazma qurğusu sayı 1 ədəd azalaraq 161 ədəd təşkil edib.

Demokrat.az

D
demokrat.az