Azərbaycanda siyasi partiyaların sayı 56 oldu


DAXİLİ SİYASƏT 05 mar 2021, 21:53
Bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib.

Demokrat.az xəbər verir ki, bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)

2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)

3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)

4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)

5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur).

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top