"Bank BTB"-nin sahiblərindən biri - Ramiz Mehdiyevin gəlini — FOTOLAR

GÜNDƏM 04 mar 2021, 16:25
“Bank BTB” ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur.

Demokrat.az xəbər verir ki, Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun qardaşı Rza Sadiq də deyildiyi kimi bank səhmlərinin 19 faizinə sahibdir.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır.



Haşiyə: Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asissenti, 2010-cu ildən isə dosent adını alıb.

Moskvada N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb. Süd Vəzi Onkologiyası üzrə aparıcı mütəxəssis olaraq,  hazırda II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim onkoloq kimi fəaliyyət göstərir.(konkret.az)



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top