YapiKredi Müraciət Forması
İdman

“Qarabağ” darmadağınla zirvədə

“Qarabağ” darmadağınla zirvədə

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Qəbələ" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 22-ci dəqiqədə Ağdam klubunun heyətində Filip Ozobiç vurub. Xorvatiyalı yarımmüdafiəçi 12 dəqiqə sonra penaltidən fərqlənməklə həm dubl edib, həm də komandasının üstünlüyünü 2 topa çatdırıb. 38-ci dəqiqə Mahir Emreli 3-cü qolu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə qonaqların albaniyalı müdafiəçisi Yurgen Qoxa zədələnərək meydanı tərk edib. Onu Ehtiram Şahvediyev əvəzləyib.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Qəbələ" isə 21 xalla 5-ci pillədə qalib.

Qeyd edək ki, günün ilk oyununda "Səbail" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək "Sumqayıt" - "Zirə" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

D
demokrat.az