İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? — VİDEO

GÜNDƏM 01 mar 2021, 12:37
Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

Demokrat.az xəbər verir ki, video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.(yenisabah.az)




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top