Abşeronda 15 yaşlı qız intihara cəhd etdi — VİDEO

HADİSƏ 28 fev 2021, 14:09
Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib. 

Baku TV-nin məlumatına görə, hadisə Masazır rayonu Qurtuluş-93 yaşayış kompleksində qeydə alınıb. 

Belə ki, şəxsiyyəti hələlik bəlli olmayan 15 yaşlı qız özünü yaşadığı binanın üçüncü mərtəbəsindən ataraq intihar etmək istəyib. 

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadası əməkdaşları cəlb edilib. 

İntihara cəhd edən yeniyetmə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top