ATV-də erməni terrorizmindən bəhs edən yeni film yayımlanıb — VİDEO

QARABAĞ 27 fev 2021, 13:33
Erməni terrorizminin Azərbaycan xalqının başına gətirdiyi qətliamlardan bəhs edən "Yol" adlı sənədli film çəkilib. 

Demokrat.az
xəbər verir ki, sözügedən film Xocalı faciəsinin 29-cu ildönümü günündə "Azad Azərbaycan" telekanalının efirində yayımlanıb.  

Filmdə Xocalıdan öncə Qaradağlı faciəsi, Xocalı, Ağdaban, Ballıqaya qətliamları və sonra (Gəncə, Bərdə) qətliamları haqda şahidlərin dili ilə müsahibələr, tarixi faktlar əksini tapıb. 

Eyni zamanda işgaldan azad olunmuş Ağdam, Xocavənd sakinlərinin 30 ildən sonra öz doğma torpaqlarına ayaq basıb müsahibələr veriblər. Həmin o yerlərdən ki, 90-91 ci ildə erməni muzdluları, eyni kənddə yaşadığı ermənilər tərəfindən qovulublar. Acı xatirələrini yada salıb, bu gün sevinc hisslərini bölüşürlər.

Filmin adı "Yol" erməni terrorizminin qanlı yolu ilə paralel kimi istifadə olunub.

Müasir sənədli film-reportaj janrında hazırlanan sujet Xocalı soqırımının 29-cu ildönümü ərəfəsində ATV telekanalının yaradıcı heyəti tərəfindən hazırlanıb.

Sənədli filmin yaradıcı heyyəti:

Ssenari müəllifi Lalə Ədalətqızı.

Aparıcı Vüsal Qurbanov.

Operator Nəsimi Babayev.

Montaj Elgün Əzimov

İcraçı prodüser Emin Abbasov.

Qrafika Mirzağa Gündüzlü.

Musiqi tərtibatı Rəşad Həmidov.

Quruluşçu rejissor və Baş prodüser Qurban Səlimov.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top