Putinin rəhbərliyi ilə müşavirə keçirildi — Qarabağ məsələsi müzakirə edildi

QARABAĞ 26 fev 2021, 16:14
Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

Demokrat.az xəbər verir ki, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, - deyə Rusiya prezidenti müşavirədə bildirib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top