Nazir Türkiyədə müalicə olunan azərbaycanlı qazilərdən DANIŞDI

SOSİAL 25 fev 2021, 23:32
“Türkiyədə hazırda 3 azərbaycanlı qazi müalicə olunur, səhhətlərində ciddi bir problem yoxdur”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Nazir bildirib ki, səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında bağlanan əməkdaşlıq sazişinə uyğun olaraq, daha 4 xəstə müalicə olunmaqdadır:

“Biz Azərbacanlı qardaşlarımızı Türkiyə vətəndaşlarımızdan əsla ayırmırıq. Öz vətəndaşımıza hansı qayğı və xidmət göstərilirsə, azərbaycanlı qardaşlarımıza da eynidir. Üzərimizə düşən vəzifə hər nə isə bu məsələyə çox həssaslıqla yanaşırıq”. 

Əlavə edib ki, həm pandemiya, həm də Dağlıq Qarabağ savaşı dövründə Türkiyə Azərbaycana tibbi dəstəyini də əsirgəməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top