"İrəvan nə özünün, nə Qarabağın, nə də Moskvanın göz yaşlarına inanmır"

GÜNDƏM 24 fev 2021, 20:38
Ermənistan baş naziri Nikol Paşinyan 1in.am agentliyinə verdiyi müsahibə zamanı eks-prezident Serj Sarkisyanın “İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya Kremli titrədəcək bir cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə raketlərin 10 faiz səmərəli olduğunu deyib. Paşinyanın Moskvanın dünyaya çəkindirmə silahı kimi təqdim etdiyi “İsgəndər” raketlərinin partlamaması barədə açıqlaması istehsalçı şirkətdən Rusiyanın hakim dairələrinə qədər bir çoxlarının narazılığa səbəb olub. Bəzi qeyri rəsmi mənbələrin Rusiyanın “açılan silah üçün ödəniş edilməlidir” kimi reaksiyasını da iddia edir. 

Əslində raket 10 faiz partlamaya və ya partlaya bilməz. Raket ya partlayır, ya da partlamır. “Raketlərin 10 faizi partlamayıb”- bu doğru ifadə hesab oluna bilər, lakin bu zaman Ermənistan ən azı Azərbaycana 10 ədəd “İskəndər” operativ taktiki raketi buraxmalı idi. Bu isə real görünmür. Çünki, Azərbaycan tərəfi bunlardan ən azı bir neçəsinin qalıqlarına, açılan/açılmayan döyüş başlıqlarına və ya digər komponentlərinə rast gəlməli idi. Lakin bu barədə hələlik nə rəsmi xəbər, nə də vizual görüntüyə rast gəlmirik.

Moskvanın Paşinyana adekvat və rəsmi cavabı özünü yəqin ki, çox gözlətməyəcək. Çünki, bu bəyanat növbəti dəfə Rusiya silahının nüfüzuna endirilən növbəti, həm də xain və sarsıdıcı bir zərbədir. Rusiya ermənini silahlandırsın, Moskva erməninin yumşaq yerini Azərbaycan Əsgərindən qorusun, bir gecənin içində rus özünü Xankəndinə özünü çatdırsın ki, erməni ordusunun qalıqları heç olmasa mühasirəyə düşməsin. Nankor erməni isə Rusiyanın Belarusa nəğd pula belə vermədiyi, Ermənistana isə kredit adı ilə pulsuz (çünki, 3 kredit müqaviləsindən heç birinin  dəyəri bu günə qədər ödənilməyib) verdiyi silahları qaldırıb vursun yerə. Həm də Rusiyadan erməni ordusunu yenidən yaratmaq üçün silah xahiş edildiyi bir vaxtda. Nankor və xain olmaq budur. 

İndi Paşinyan dediklərini mütləq isbat etməlidir, onun digər seçimi yoxdur. Paşinyan ermənilərin və rusların qarşısında raketlərlə bağlı verdiyi bəyanatın altını doldurmalıdır. Erməni seçiciləri aşağıdakı sualları maraqlandıra bilər:

1. Rusiya Ermənistana neçə atıcı qurğu və neçə raket verib?
2. Ermənistandan Azərbaycana nə vaxt, neçə raket və kimin əmri ilə atılıb? 
3. Ümumilikdə cəmi neçə raket buraxılıb və onlardan neçəsi açılmayıb?
4. Raketlərdə neçəsi və hansı hədəfi məhv edib?
5. Raketin heyəti hansı ordunun nümayəndəsi olub?
Paşinyan bu suallara cavab açıqlasa, bəlkə müxalifət təzyiqindən xilas olacaq, Rusiya isə bu sualların birincisin və sonuncusunu verməsin, lakin digərlərinə cavab tələb etməsi gözləniləndir. 

Rusun Ermənistana hədiyyə etdiyi silahlar arasında erməni ordusunun biabır etmədiyi bir silah sistemi tapmaq artıq asan məsələ deyil. Onların arasında 82 mm-lik minaatan və “Kornet” TƏİRK-dən qismən normal istifadə edən erməni ordusu geri çəkiləndə nir çox ərazilərdə bu silahları da tərk etmişdi. Ümumiyyətlə son döyüş əməliyyatları nəticəsində Ermənistan Rusiya müdafiə sənayesinin nüfuzuna vurduğu ziyanın həcmi ağlasığmayacaq qədər böyük bir rəqəmlə ifadə olunacaq. Nəzərə alaq ki, Rusiya Çeçenistan müharibəsindən sonra “qlobal güc” kateqoriyasını tərk etmişdi, lakin sonrakı dövrdə isə zəif Gürcüstanla müharibədə özünə rəqibləri qarşısında pis yaxşı bir “regional güc” imici qazandıra bilmişdi. Ermənistanın həm son hərbi fəaliyyətləri, həm də erməni liderlərin rus silahlarının etibarsızlığı barədə açıqlamaları, Moskvanı bu kateqoriyadakı mövqelərini dərindən sarsıdır. Yaxın günlərin birində erməni liderlərdən biri “İskəndər” raketlərinin idarəetməsinin, Su-25 qırıcıları kimi, ruslara aid olmasını bəyan etsə, buna çoxları kimi mən də təəccüblənməyəcəm. Ümumilikdə Ermənistan Rusiya silahlarınin köhnə versiyalarını İkinci Qarabağ müharibəsində, yeni versiyalarını isə müharibədən sonrakı dövrdə keyfiyyətsuz olmasını isbat etmək üçün çox sidq ürəkdən çalışır. Ermənistan Rusiya silahı barədə yaradılan “yüksək texniki imkanlar” barədə saxta mifləri bilərəkdən dağıtmaqla məşğuldur. Əvvəllər də İrəvanın hər cür şıltaqlığına dözən Kreml isə artıq çıxılmaz vəziyyətdədir. Moskva Suriyadan sonra artıq Ermənistan bataqlığında çabalayır, ondan nə əl çəkə bilir, nə danlaya bilir, nə sevə bilir, nə də bağışlaya bilir.
Ədalət Verdiyev
Hərbi ekspert

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top