İradə Gülməmmədova müharibə veteranı ilə görüşdü — FOTOLAR

SOSİAL 23 fev 2021, 11:20
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Qarabağ müharibəsi veteranı Hüseynov Elmar Etibar oğlu ilə görüşüb. 

Demokrat.az-ın verdiyi məlumata görə, RİH binasında baş tutan görüşdə İ.Gülməmmədova bildirib ki, Azərbaycan xalqının 30 illik vətən həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, iradəsi və düzgün qərarları sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən icra başçısı igidlərimizin göstərdiyi şücayətlərdən söz açıb. Şəhidlərimizin, qazilərimizin, ümumən bütün hərbçilərimizin sayəsində soydaşlarımızın dədə-baba yurdlarına qovuşduğunu qeyd edən başçı Qarabağda həyata keçirilən quruculuq işlərindən danışıb. İşğaldan azad olunan torpaqlarda lazimi infrastrukturun yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayan başçı vətən həsrətli soydaşlarımızın öz yurdlarına qayıtmağa səbirsizləndiyini deyib.

E.Hüseynov da döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi igidliklərdən, qəhrəmanlıqlarından danışaraq Vətən Müharibəsini hərb tariximizin ən gözəl səhifələrindən biri olduğunu vurğulayıb. Müharibə dövründə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhəyə göndərilən yardımlardan danışan E.Hüseynov bu kimi tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan E.Hüseynov burada artilleriya ixtisası qazanıb. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamina əsasən birdəfəlik pul mükafatı olan “Prezident təqaüdü” ilə təltif olunub. Ali Hərbi Məktəbi “Ziya Bünyadov” təqaüdü ilə oxuyub. 2008-ci ildə hərbi hissədə xidməti dövründə düşmənin təxribatının qarşısını alan zaman artilleriya atəşinə rəhbərlik edib, düşmənə ağır itkilər verib. Müharibə veteranıdır. 2009-2011-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasın müvəffəqiyyətlə bitirib. 10.07.2017-ci ildə səhəti ilə əlaqədar olaraq ehtiyata buraxılıb. Müdafiə Nazirliyi tərəfindən 1-ci, 2-ci və Dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları iləı təltif olunub.

II Qarabağ Müharibəsi zamanı könüllü şəkildə cəbhəyə yollanıb və Müdafiə Nazirliyinin əmri ilə artilleriya rəisi vəzifəsində xidmət edib. Bu xidmətlərə görə “Vətən müharibəsi iştirakçisi” və “Hərbi Xidmətlərdə Fərləndiyinə görə” medalları təltif edilib.

May be an image of 1 nəfər, oturur və içəridəMay be an image of 1 nəfər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top