Bacısını öldürən şəxsə 9 il iş verildi

KRİMİNAL 20 fev 2021, 16:05
Şəki Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Malik Məmmədovun cinayət işi məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayında Mingəçevirdə baş verib. Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü M.Məmmədov bacısı, 1986-cı il təvəllüdlü M.Məmmədovanı qısqanclıq zəminində qətlə yetirib.

Qadın aldığı 12 bıçaq zərbəsindən dünyasını dəyişib.

Malik Məmmədova Cinayt Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top