Deputat: “Məcburi köçkünlər öz ərazilərinə gedənədək imtiyazları qalacaq”

GÜNDƏM 12 fev 2021, 12:52
“Məcburi köçkünlər öz ərazilərinə gedənədək onların məcburi köçkün statusu götürülməyəcək”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün imtiyazları da olduğu kimi qalacaq: “Heç kim bu kimi fikirləri yaymağa çalışmasın. Onların övladlarının da məcburi köçkün statusu götürülməyəcək. Onların övladlarının təhsil haqqını dövlət qarşılayacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top