Avropa İttifaqı iqtisadi artım proqnozlarını yenilədi

DÜNYA 11 fev 2021, 23:37
Avropa İttifaqı (Aİ) 2020-2021-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib.

“Report” bu barədə Avropa Komissiyasının açıqladığı “Qış Dövrü İqtisadi Proqnoz” hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu il üçün proqnoz 0,4 faiz bəndi azaldılaraq 4,2%-dən 3,8%-ə endirilib, gələn il üçün proqnoz isə 0,8 faiz bəndi artırılaraq 3%-dən 3,8%-ə qaldırılıb.

Bundan başqa, sənəddə deyilir ki, bu il regionda illik inflyasiya 1,4%, gələn il isə 1,3% olacaq.

“İspaniya və İtaliyada iqtisadiyyat koronavirus (COVID-19) pandemiyasından əvvəlki vəziyyətə 2023-cü ildən tez qayıtmayacaq. Avrozonada iqtisadi aktivlik isə gözləniləndən tez bərpa olunacaq", - deyə hesabatda bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top