Şimali Kiprdə 370 km-lik avtomobil yolu tikiləcək

DÜNYA 11 fev 2021, 19:07
Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikasının baş naziri Ersan Sanerlə fevralın 11-də Lefkoşada müxtəlif sahələrə dair protokollar imzalayıblar.

Demokrat.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

E.Saner deyib ki, bu protokolla birlikdə Kiprin inkişafı üçün çox əhəmiyyətli addımlar atılacaq.

Bildirilib ki, uzun illərdir Şimali Kipr Türk Respublikasında yarımçıq qalan avtomobil yollarının tikintisinin davam etməsi üçün protokol imzalanıb. Ölkə paytaxtı Lefkoşanın və başqa yaşayış məntəqələrinin avtomobil yolları yenidən tikiləcək. 370 km-lik avtomobil yollarının tikintisinin 2 ilə başa çatırılacağı nəzərdə tutulub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top