Eldar Quliyev: “Ramiz Mehdiyevi təhqir etməmişik ki...”

GÜNDƏM 11 fev 2021, 11:06
“Deputatları məhkəməyə vermək olmaz. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanun var. Ramiz Mehdiyev bizi məhkəməyə verməyib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan şəxs belə bir addım atmaz: “Biz fikir səsləndirmişik, onu karantin rejimi dövründə nəvəsinə toy etdiyinə görə tənqid etmişdik. Bizim buna ixtiyarımız çatır. Təhqir etməmişik ki. Demişik, düzgün etməyib. Doğrusu, heç ad da çəkməmişdik. Ümumi demişdim ki, karantin rejimi dövründə toy və ya yas mərasimləri təşkil etmək yolverilməzdir, qanunlara əməl etmək lazımdır. Burada əsas məsuliyyəti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev daşıyır”.

Qeyd: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramizin Mehdiyevin bəzi deputatları onun barəsində səsləndirdiyi fikirlərə görə məhkəməyə verdiyi bildirilir.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top