ANS Şirkətlər Qrupu Qarabağda radio açmaq İSTƏYİR


SOSİAL 10 fev 2021, 17:36
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqədə ANS teleradio şirkəti də iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Modern.az-a ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru Sevda Həsənova məlumat verib:

“Milli Televiziya və Radio Şurasının Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqədə biz də iştirak edəcəyik. Ümid edirik ki, müsabiqə ədalətli keçiriləcək”.

S.Həsənova fəaliyyəti dayandırılmış ANS TV-nin açılması istiqamətində işlərin gedib-getmədiyi məsələsindən də danışıb:

“ANS TV-nin yenidən yayıma başlaması Azərbaycan Prezidentinin və Azərbaycan xalqının istəyindən asılıdır. ANS istənilən vaxt yayıma hazırdır, avadanlıqlarımız hələ də öz yerindədir”.

Xatırladaq ki, MTRŞ Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyinə 10 fevral 2021-ci tarixindən 12 mart 2021-ci il tarixinədək müsabiqə elan edib.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top