Mətanətin oğlunun övladlarına işgəncə verməsi faktı ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 10 fev 2021, 12:50
Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz "Instagram" hesabında paylaşıb.

Demokrat.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktla bağlı araşdırma aparıldığını bildirib:

"Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində məlumat yayılan kimi dövlət komitəsi məsələni nəzəratə götürüb. Hazırda fakt araşdırılır. Araşdırmanın nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

İstənilən halda uşaqlara və qadınlara qarşı şiddət yolverilməzdir. Bu əməllərə yol verən şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar".(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top