“Ramiz Mehdiyev deyib ki, Baydenin 78 yaşında hakimiyyətə gəldiyini gördünüz, biz də gəlirik”

SİYASƏT 09 fev 2021, 18:28
“Ramiz Mehdiyevin fəallaşması onu deməyə əsas verir ki, suda batdığı üçün saman çöpündən yapışır. Ramiz Mehdiyev görür ki, xəyanətlərinin hamısı üzə çıxıb. Onun vaxtilə əlillik kağızı verdiyi Cəmil Həsənova müəyyən faktların ötürülməsi üzə çıxıb. O cümlədən özünü ana müxalifət adlandıranlarla əlaqəsi aşkarlanıb. Bu cinayətlərin hamısı ortadadır, ona görə də Mehdiyev çox isterik vəziyyətdədir”.

Bu sözləri Ramiz Mehdiyevin ötən gecəki bəyanatına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında deyib. O, Mehdiyevin xaricdə olan himayədarları vasitəsilə dövlət çevrilişi etmək istədiyini vurğulayıb:

“Ramiz Mehdiyev istər hakimiyyətdən, istər daxildə  Azərbaycan xalqına xəyanət edən digər qüvvələrdən özünə dəstək yığıb. Bir neçə gün bundan əvvəl, “Baydenin 78 yaşında hakimiyyətə gəldiyini gördünüz, biz də gəlirik”,-deyib. Ona görə Mehdiyev çox ciddi fəallaşıb. Ona söz verənlər var”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top