Paytaxtın kanalizasiya xətti olmayan daha bir məktəbi… — TENDER


GÜNDƏM 09 fev 2021, 14:42
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qarant-Com” MMC olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2 №-li ümumi orta internat məktəbi cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınan “Qarant-Com” MMC (VÖEN: 2006461951) adlı şirkətlə "Çirkab suların daşınması" üçün müqavilə bağlayıb. Görüləcək işin məbləği 7 min 290 manat təşkil edəcək.

“Qarant-Com” MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A –da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.

Qeyd edək ki, Məmmədova Könül Malik qızı bir ay sonra eyni ünvanda, eyni nizamnamə kapitalı ilə daha bir şirkət -  "Resta-Ltd” MMC-ni (VÖEN: 2006512871) də dövlət qeydiyyatına aldırıb.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 2 ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. 

Onu da bildirək ki, paytaxt Bakıda fəaliyyət göstərən onlarla müəssisə yüksək səviyyədə təmir olunmalarına baxmayaraq onlar hələ də içməli su və kanalizasiya xəttilə təmin olunmayıblar. Bu səbəbdən də hər il dövlət büdcsəindən həmin müəssisələrə içməli su almaq və çirkab sularını daşımaq üçün böyük məbləğdə vəsaitlər xərclənir.

Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top