“Ramiz Mehdiyev açıq şəkildə islahatlara mane olur, tədbir görülməlidir”

GÜNDƏM 09 fev 2021, 09:52

“Ramiz Mehdiyev açıq şəkildə islahatlara mane olur. Ölkənin Elm məbədini istədiyi kimi idarə edir. Elmdən başqa nə işlə desəniz, məşğuldur”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyev bildirib ki, AMEA-nın saytı R.Mehdiyevin şəxsi ambisiyalarını ifadə edən məkana çevrilib: “Oradan siyasi Bəyanatlar üyüdürlər. Elm cəmiyyətin hərəkətverci qüvvəsidir və siyasətdən ayrı olmalıdır. Elm durğunluq halına salındıqda onun xilası üçün çox böyük vaxt tələb olunur. Təhsil də belədir. Təhsili durğunluqdan xilas edə bilməməyimizin səbəbi ali məktəblərin bir neçəsinə savadsız və korrupsioner rektorların rəhbərlik etməsi olub. Onlar Dövləti aldatmaqla uzun müddət vəzifələrində qalıblar. Bütün dünya Elm və təhsilin vəhdətindən danışır. Biri durğunluq dövrünü yaşayırsa, digərini də bu vəziyyətə sürükləyir. Ramiz Mehdiyev Elmi durğunluqdan bataqlığa itələyir. Akademiklərimiz isə susurlar. Hətta onların bir neçəsi ondan vəzifə gözləyirlər. Bütün sahələrdə olduğu kimi elmdə də dərin islahatlarin aparılmasının vaxtı çatıb. Davamlı inkişaf bununla bağlıdır. Vətən müharibəsində əsgərdə ruh yüksəkliyi yaradan akademik çıxışlara, demək olar,  rast gəlmədik. Elmin populyarlaşdırılması, elmin cəmiyyət, xüsusilə də gənclər üçün əlçatan olması və maraq kəsb etməsi istiqamətində heç bir iş görülmür. Elmi yadırğayırıq. Vaxtilə Yusif Məmmədəliyevin, Zahid Xəlilovun və digər elm adamlarının rəhbərlik etdiyi böyük bir təşkilatı söndürmək olmaz. Tezliklə tədbirlər görülməlidir...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top