Vendi Morton: "Britaniya ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur"

XARİCİ SİYASƏT 08 fev 2021, 21:30
"Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələr mövcuddur".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton mətbuata açıqlamasında deyib.

"Azərbaycanın zəngin mədəni irsini burada Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnunam. Bir az əvvəl qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına səfər etdim. Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən azərbaycanlı qadın liderlərlə də görüşmək imkanım oldu. Dövlət naziri kimi bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm", - o bildirib.

V.Morton vurğulayıb ki, güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər: "Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilməsi və davamlı olması ehtimalı daha yüksəkdir. Silahlı qarşıdurma hər zaman qadınlar və qızlar üzərində mütənasib təsir göstərir və bu səbəbdən də Azərbaycan hökumətinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planını qəbul etməsi xüsusi əhəmiyyət daşıyır. Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir və biz xüsusilə Azərbaycanı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa təşviq edirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top