“Zərərin təxminən 40 milyon manatı tək “Yelo Bank”-ın hesabında olub” — Nə baş verir?

MALİYYƏ 07 fev 2021, 01:15
"Azərbaycandakı 26 bankdan 23-ü ili mənfəətlə başa vurublar. Sektor üzrə mənfəətin həcmi 616 mln. manat olub. Bütün mənfəətin 90%-i (555 mln. manatı) ilk 5-likdəki banklara aid olub. Bu banklara Kapitalbank, Paşabank, Xalqbank, Beynəlxal Bank və Bak of Baku daxildir".

Demokrat.az
-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

R.Ağayev bildirib ki, mənfəətlə işləyən 23 bankdan 18-i isə bütün yerdə qalan 10% mənfəətə sahib çıxıblar: 

“2019-la müqayisədə 2020-də bank sektorunda mənfəət 131 mln. manat azalıb. 2019-da il mənfəətin həcminə görə ilk 3-lükdə yer alan Unibank ötən il ilk 5-likdən kənarda qalıb. 

Bununla belə, Unibank yenə də yüksək mənfəəti olan banklardan biri olmağı bacarıb. Bank sektorunda 49 mln. manata yaxın zərər yaranıb. Həmin zərərin təxminən 40 mln. manatı tək Yelo Bank-ın hesabında olub”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top