Hərbçilərimiz “Qış təlimi-2021”də yüksək peşəkarlıq nümayiş etdirirlər — VİDEO


SİYASƏT 04 fev 2021, 21:17
Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”-də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər. Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top