Bakıda yol qəzası oldu, qadın sürücü öldü

HADİSƏ 04 fev 2021, 13:22
Bakıda yol qəzası baş verib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 4-də saat 1 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Füzuli rayon sakini A.Şirinova idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Xaçmaz rayon sakini S.Mövlanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Şirinova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top