Bakıda sürücünün yuxulaması qəzaya səbəb oldu

HADİSƏ 04 fev 2021, 08:30
Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər ona sağ baldır sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib. Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsi istiqamətində tıxac yaranıb.

Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top