Sərhəddəki bu lövhə erməniləri təşvişə saldı — FOTOLAR

QARABAĞ 02 fev 2021, 21:39
Ermənistan- Azərbaycan sərhədində Gorus-Qafan yolunda yerləşdirilmiş “Azərbaycana xoş gəlmisiniz” yazılı lövhə yerli erməni sakinlərini təşvişə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Totoyan öz feysbuk hesabında bildirib.

Totoyan qeyd edib ki, son günlər bu barədə yerli sakinlərdən çoxlu şikayət daxil olub. Ombudsmanın sözlərinə görə, sakinlər hər gün sözügedən lövhəni görməyə məcbur olduqlarını və bunun onlarda qorxu və təşvişə səbəb olduğunu bildiriblər.


Sərhəddəki bu lövhə erməniləri təşvişə salıb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top