Aqil Abbas: "Dövlət film çəkmək üçün pul ayırır, amma..."

GÜNDƏM 01 fev 2021, 17:43
“Dövlət film çəkmək üçün pul ayırır. Amma bu pul kinostudiyaya çatmamış vergilər 18%-ni kəsib götürür”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, hələ nə film çəkilib, nə ortada bir şey var, film ortada olmaya-olmaya pul tuturlar: “Xahiş edirəm, qoyun camaat filmini çəksin, aktyorlar yazıqdırlar. Vergi məsələsinə Nazirlər Kabineti baxır, baxsın. Amma burada deyilən məsələləri nəzərə alsınlar”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top