SOCAR Pakistana benzin və LNG tədarükünün yeni şərtlərini açıqladı

SƏNAYE VƏ ENERGETİKA 01 fev 2021, 17:33
Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Trading” şirkəti “Pakistan LNG Ltd” (PLL) və “Pakistan State Oil” (PSO) şirkətləri üçün hökumətlərarası saziş çərçivəsində bütün il boyu benzin və mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin kreditlə tədarükünü təklif edib.

Bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Bu saziş (G2G) iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsaslanaraq tənzimlənəcək.

Bildirilir ki, Azərbaycan əsas neft və qaz istehsalçısıdır və bir çox ölkədə bir neçə neft və kimya emalı zavodu fəaliyyət göstərir.

Tenderdə qalib gələn və fevralın 15-16-da bir LNG yükünün ölkəyə çatdırılmasını təsdiqləyən “SOCAR Trading” şirkəti bu yükün Pakistana gətirilməsi ilə bağlı yayılan məlumatlara təəccüblənib. Şirkət bu yükün tədarükü ilə bağlı müqavilədə göstərildiyi kimi yerinə yetirəcəyini açıqlayıb.

Şirkətdən bildiriblər ki, “SOCAR Trading” uzunmüddətli şəkildə benzin və LNG təchizatını təklif edib. Şirkətin təklifi hər iki tərəf üçün ticari olaraq qəbul edilə biləcək şərtlərə əsaslandığını qeyd edib. Həmçinin, şirkət tərəflərdən heç birinin əsassız bir təzyiqə məruz qalmadığını da təsdiqləyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top