"Qarabağ" Gerye ilə yollarını ayırdı

İDMAN 31 yan 2021, 18:33
"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

Xatırladaq ki, qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş və cərimə olunmuşdu.

Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ" keçən futbolçunun müqaviləsi 2021-ci ilin iyununa qədər idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top