Ankara və Bakının şərti: “Ermənistanın bundan başqa seçimi yoxdur”

SİYASƏT 30 yan 2021, 00:38
“Dağlıq Qarabağdakı qələbədən sonra Azərbaycan və Türkiyənin Cənubi Qafqazdakı rolları daha da artıb”.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyənin Ankara Sosial Elmlər Universiteti professoru Muhiddin Ataman söyləyib.

Ataman bölgədə Türkiyə, Azərbaycan, Gürcüstan və İranın iştirakı ilə yeni formatın qurulacağını bildirib: “Türkiyə və Azərbaycan arasında həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi əməkdaşlıq məsələlərində heç bir problem yoxdur. Bu bölgədə dənizlərə çıxışı olmayan Ermənistan “Altılıq” platformasına qatılmasa, bundan itirən özü olacaq”, - professor qeyd edib.

Ataman hesab edir ki, dünyaya yayılan zəngin erməni diasporu 30 ildir Ermənistana ziyan vurur: “Diaspor hədəflərinə uyğun olaraq Ermənistan dövlətini yaşadıqları ölkələrin siyasətlərinə təsir göstərmək üçün alət kimi istifadə edir. Qərb ölkələrindəki erməni diaspor Ermənistana vurduğu zərərlə yaşayır”.

Ataman “Altılıq” platformasının Ermənistana durumunu normallaşdırmaq üçün yeni bir fürsət verdiyini söyləyib:

“Ermənistan sərhədləri bəlli olmayan bir dövlətdir. Amma həm Azərbaycandan, həm də Türkiyədən torpaq tələb edir. Nəticədə özünü müharibə vəziyyətinə gətirir və bu, bölgədə normallaşma prosesinə maneə ola bilər”.

Professor hesab edir ki, Ermənistanın sözügedən platformaya qatılması üçün iki əsas şərtdən biri işğal olunmuş ərazilərdən geri çəkilməsi, digəri sərhədləri rəsmən qəbul etməsidir:

“Türkiyə və Azərbaycan bölgədə Ermənistandan üstün bir mövqedədir, Əgər bu iki şərti qəbul etsə, bu iki qonşusu ilə münasibətlərini normallaşdıracaq. Ermənistan “Altılıq” platformasına qoşulacağı təqdirdə, zəngin olan Azərbaycan-Türkiyə münasibətlərindən pay alacaq. Bundan sonera iqtisadi sabitliyi və rifahı təmin olunacaq. Ermənistan qonşuları ilə münasibətlərini normallaşdırsa, Qərbdən asılılığı azalacaq, hesab edirəm ki, Rusiya da bununla razılaşacaq”.

Atamanın sözlərinə görə, Ermənistan şərtləri qəbul edib platformaya qoşulmasa, Qərb tərəfindən istismar olunacaq, Azərbaycan, Rusiya və Türkiyəyə qarşı alət kimi istifadə edilməyə davam edəcək./Teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top