Əflatun Amaşov: “Baş Prokurorluğa çağırılmamışam”

SİYASƏT 29 yan 2021, 23:20
“Məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım,  özüm üçün müəyyən nəticə çıxarım. Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm. Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib”.

 Demokrat.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri bildirib ki, bu, uydurmadır, ağ yalandır: “Başqa nə deyə bilərəm ki...”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top