Azərbaycan yüklərinin Rusiyadan tranzit daşınmasına icazə verildi

İQTİSADİYYAT 29 yan 2021, 20:14
Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, AQTA-nın müraciəti əsasında mümkün olub.

Belə ki, Rusiyanın müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.

Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top