Qusarda ər-arvad dəm qazından boğuldu

HADİSƏ 29 yan 2021, 18:54
Qusarın Qayakənd yaşayış məntəqəsində ər-arvad dəm qazından boğularaq həyatlarını itiriblər.

Demokrat.az
xəbər verir ki, hadisə yanvarın 28-i axşam saat 22:00 radələrində baş verib. Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər. Ər-arvadın cansız bədənini axşam işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib.

Elvina Məmmədova valideynlərini evdə görməyəndə hamamda onları ölmüş vəziyyətdə görüb.Axşam saat 23 radələrində Qusar polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat verilib.Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları  mərhumların dəm qazından boğulmadan keçindikləri qənaətinə gəliblər.

Qusar rayon prokurorluğunda faktın araşdırılmasına başlanılıb. Mərhum ər-arvadın meyiti tibbi ekspertizadan keçirilib, ölümün səbəbləri araşdırılır. Hadisənin də hansı şəraitdə baş verməsi, qaz xəttinin hansı  vəziyyətdə  olması  araşdırılır. Verilən məlumata görə, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına getməyi planlaşdırırdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top