Vəzifəyə təyin edilən şəxs olimpiya çempionunun qardaşıdır

SOSİAL 29 yan 2021, 15:13
Baş Prokuror Kamran Əliyev Ağsu rayonunun prokuroru Namiq Muradovu vəzifəsindən azad edib.

O, yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

Kamran Əliyevin digər bir əmri ilə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Rəşad Mansurov Ağsu Rayon prokuroru təyin edilib. 

"Bakupost.az"-ın əldə etdiyi məlumata görə, Rəşad Mansurov Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovun qardaşıdır.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top