Şəhid xanımından Gəncə Apellyasiya Məhkəməsinin sədrinə MÜRACİƏT

SOSİAL 28 yan 2021, 21:41
Birinci Qarabağ savaşında şəhid olmuş polis leytenantı Nurəddin Sadıqovun həyat yoldaşı Kifayət Sadıqova Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudova müraciət ünvanlayıb. Müraciət şəhid ailəsinə Tovuz rayon Alakol kəndində verilmiş 0.38 ha. pay torpağın Rusiyada yaşayan iş adamı, “Haça-Qaya-1” kiçik müəssisəsinin təsisçisi Eldar Sadıqov tərəfindən zəbt edilməsinə görə 4 ildir davam edən məhkəmə çəkişməsi ilə bağlıdır.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

“Hörmətli Tapdıq müəllim!

Sizə bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2019-cu il tarixli 2-1(102)-729 /2119 saylı qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 12.11. 2018-ci il tarixli 2-1(104)-636/2018 saylı qərarı birinci dəfə ləğv edilərək geri qaytarılıb.
Azərbaycan Respublikasi Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli 2-1(102)-3651/2019 saylı qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 26.08.2019-cu il tarixli 2-1(104)-370/2019 saylı qərarı ləğv edilərək, müvafiq xüsusatlara hüquqi qiymət verilməsi üçün ikinci dəfə geri qaytarılıb.

Azərbaycan Respublikasi Ali Məhkəməsinin 01.12.2020-cu il tarixli 2-1(102)-2199/2020 saylı qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.08.2020-ci il tarixli 2-1(104)-260/2020 saylı qərarı üçüncü dəfə ləğv edilərək geri qaytarılıb.

Əlavə olaraq bildirirəm ki, sözügedən iş üzrə ədalətli araşdırmanın aparılması məqsədilə aşağıdakıların məhkəmə tərəfindən təmin olunması zərurəti yaranıb:

1. Məhkəmə prosesinin video lentə alınmasına icazə verilsin.

2. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 15 saylı ərazi idarəsinin mütəxəssisi Saləddin Tağıyevin məhkəmədə iştirakı təmin edilsin.

3. Haça Qaya 1 KM-nin və Sadıqova Kifayət Əli qızına məxsus torpaq sahəsinin sxemi və koordinatları göstərilməklə torpaq sahəsinin ortofoto planı məhkəməyə təqdim edilsin.

4. Azərbaycan Respublikasıının Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssislərinin məhkəmədə iştirakı təmin edilsin.

Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 10 avqust 2020-ci il tarixli 2-1(104)-260/2020 qərardatının icratı dayandırılıb. Odur ki, icraatı dayandırılmış işə baxmaq üçün - ədalətli obyektiv və qərəzsiz araşdırmanın aparılması məqsədilə, yuxarıda qeyd olunan məsələlərlə bağlı vəsatətimizin təmin olunmasını Sizdən xahiş edirəm.

Sadıqova Kifayət Əli qızı,
Tel; (050) 775-44-00 ; (012) 343-03-30”

Qeyd edək ki, dörd il ərzində baş tutan məhkəmələr tərəfindən - Tovuz Rayon Məhkəməsi (hakim Ədil Məmmədov), Gəncə İnzibati-İqtisadi Məhkəməsi (hakim Rəşad Mamedov), Gəncə Apelyasiya Məhkəməsi (hakim İspəndiyar Səfiyev) qarşı tərəfin, torpağın Dövlət aktı barədə arxivdə və mövcud elektron bazada heç bir məlumat aşkar edilməməsinə rəğmən, dövlət qurumları tərəfindən şəhid ailəsinə verilmiş torpağa aid sənədlərə əhəmiyyət vermədən qarşı tərəfin xeyrinə qətnamə çıxarılıb. Bu səbəbdən Gəncə Apelyasiya Məhkəməsindən Ali Məhkəməyə kasasiya şikayəti verilib, indiyə qədər düz 3 dəfə Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin haqsız qərarına xitam verib. (Dominant.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top