Prezidentin köməkçisi: “Ermənistan tranzit ölkəyə çevrilə bilər"

XARİCİ SİYASƏT 27 yan 2021, 16:50
“Azərbaycan və Türkiyə arasında əlaqələri TAP, TANAP, Bakı-Tblisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum layihələri çərçivəsində daha da inkişaf etdirmək potensialımız var”.

Demokrat.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub: “Ermənistan da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bu isə nəticədə bölgədə uzunmüddətli sülhü gücləndirən amil olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top