ABŞ-ın yeni dövlət katibi bəlli oldu

DÜNYA 26 yan 2021, 23:30
ABŞ-ın yeni dövlət katibi Entoni Blinken olub.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu posta ABŞ Senatının səsverməsində prezident Cozef Bayden tərəfindən namizəd göstərilən Blinkenin namizədliyi 78 səslə təsdiqlənib. 22 nəfər isə onun namizədliyinin əleyhinə səs verib. Yaxın vaxtlarda Blinken and içəcək. 

Qeyd edək ki, 58 yaşlı Blinken Barak Obama dövründə həm Ağ Evdə, həm Dövlət Departamentində, eləcə də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində mühüm vəzifələrdə çalışıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top