Rafael Hüseynov AŞPA-da erməni həmkarına: “Azərbaycan öz torpaqlarını azad edib“


XARİCİ SİYASƏT 25 yan 2021, 18:29
“Azərbaycan öz torpaqlarını azad edib”.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünün çıxışına münasibət bildirərkən deyib.

“Bu gün Azərbaycan üçün tarixi bir gündür. 25 yanvar 2001-ci ildə Avropa Şurasının binası qarşısında ilk dəfə Azərbaycan bayrağı sancılıb və Azərbaycan qurumun tam hüquqlu üzvü olub. O vaxtdan etibarən Azərbaycan istər insan hüquqları, istər demokratik institutların inkişafı və digər sahələrdə böyük irəliləyişlər əldə edib. Azərbaycan xüsusilə öz torpaqlarını heç kimin köməyi olmadan azad etməyə nail olub. Azərbaycan təkbaşına öz problemini həll edib. O tarixi gündən 20 il sonra Azərbaycan 2021-ci ilə özünə inamla qədəm qoyub”, - o vurğulayıb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top