Bu gün Portuqaliyada prezident seçkiləridir

DÜNYA 24 yan 2021, 10:35
Bu gün Portuqaliyada koronavirus pandemiyası və epidemik vəziyyətin kəskinləşməsi fonunda prezident seçkiləri keçiriləcək.

Demokrat.az
“TASS”a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə yeddi namizəd, o cümlədən respublikanın hazırkı lideri Marselu Rebelu di Souza iddia edir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da-red.) açılacaq və saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək-red.) işləyəcək. Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top