Baydenin andiçmə mərasimini qoruyan 200 hərbçidə COVID-19 aşkarlandı

DÜNYA 23 yanvar 2021, 22:35
ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.

Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top